“Qarabağ”: Əvvəl fitnes, sonra meydança
25.06.2014 - 09:43
“Qarabağ”: Əvvəl fitnes, sonra meydança

Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Qarabağ” Avstriyada hazırlıqlarını davam etdirir. Apasport.az saytının məlumatına görə, Zaltsburq şəhərindən 60 km aralıda yerləşən Kössen qəsəbəsində təlim-məşq toplanışını davam etdirən komandanın proqramında dünən 2 məşq olub.

1 gün əvvəl “Şaxtyor”la qarşılaşan “Qarabağ” səhər çalışmasına yeri vaxtla saat 10:30-da (Bakı vaxtıyla 13:30) yollanıb. Daha doğrusu, oteli tərk etməyən komanda trenajor zalına hərəkət edib. 2 qrup halında məşq edən Ağdam təmsilçisi ümumilikdə 90 dəqiqə ərzində salonda çalışıb.

Günün 2-ci məşqinə isə komanda meydançaya yollanıb. Yerli vaxtla 17:30-da məşqə başlayan “Qarabağ”ın məşqi saat yarım davam edib. İsinmə hərəkətlərinin ardından toplu çalşmalar yerinə yetirilib. Kapitan Rəşad Sadıqov yenə də fizioterapevt nəzarətində çalışıb.

Qeyd edək ki, bugünə “Qarabağ”ın 1 məşqi nəzərdə tutulub. Komanda məşqə yerli vaxtla 10:30-da yollanacaq.