“Qarabağ” Antalyada məşqlərə başladı
11.01.2015 - 16:14
“Qarabağ” Antalyada məşqlərə başladı

Ötən gün Türkiyənin Antalya şəhərinə yollanan “Qarabağ” hazırlıqlara başlayıb. Apasport.az saytının məlumatına görə, Ağdam klubu bu gün 2015-ci ilin ilk məqşinə çıxıb.

 

Məşqə başlamamışdan öncə komandanın baş məşqçisi Qurban Qurbanov futbolçuların önündə qısaca olaraq söhbət edib. 3 həftəlik təlim-məşq toplanışından maksimum yararlanmaq gərəkdiyini vurğulyayıb.  Ardınca futbolçular 2 qrupa ayrılıb. 1 qrup qaçışla məşqə başlayıb. Daha sonar fiziki təmrinlər yerinə yetirilib.

 

Digər qrup isə testi verməyə yollanıb. Test isə ənvi laktat testi idi. Futbolçuların ümumi fiziki hazırlıq səviyyəsini müəyyənləşdirəcək proses təxminən 1 saat davam edib.