“Qarabağ” Avstriyaya yollandı
21.06.2014 - 16:46
Bu mövsüm ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Qarabağ” Avstriyaya yollanıb. Apasport.az saytının məlumatına görə, iyunun 12-dən məşqlərə start verən Ağdam təmsilçisi Bakıdakı hazırlığı başa vurub.
Təlim-məşq toplanışının ikinci mərhələsini Avstriyada keçirəcək Qurban Qurbanovun komandası həmçinin bir neçə yoxlama görüşü keçirəcək.
Qeyd edək ki, “Qarabağ” toplanış çərçivəsində Ukrayna “Şaxtyor”u, Rusiyanın “Krasnodar” klubu və Çexiyanın “Viktoriya” klubu ilə üz-üzə gələcək.
0
0