“Qarabağ” Avstriyaya yollanır - FOTOSESSİYA
04.08.2014 - 13:06
“Qarabağ” Avstriyaya yollanır - FOTOSESSİYA

Ağdamın “Qarabağ” bu gün Avstriyaya yollanır. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasının III təsnifat mərhələsində “Zalsburq”la cavab oyunu keçirəcək Azərbaycan çempionu qarşılaşmadan iki gün əvvəl ölkəni tərk edir.

 

Əyalət təmsilçisi saat 16:00-da birbaşa Zalsburq şəhərinə yollanacaq. Uçuşun 4 saat yarım olması gözlənilir. Bu gün səhər Bakıda məşq edən komanda sabah Bakı vaxtıyla 23:00-da  oyunun keçiriləcəyi stadionda hazırlıq keçəcək.

 

Qeyd edək ki, “Zalsburq” – “Qarabağ” oyunu avqustun 6-da Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.