“Qarabağ” Çexiya çempionu ilə qarşılaşacaq?
20.06.2014 - 12:36
“Qarabağ” Çexiya çempionu ilə qarşılaşacaq?

“Qarabağ” Avstriya hazırlıqları zamanı Praqa “Sparta”sı ilə yoxlama oyunu keçirə bilər. Bu barədə apasport.az saytına klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov məlumat verib.

 

O bildirib ki, iyulun 8-də son Çexiya çempionu ilə qarşılaşmaq ehtimalı var. Ancaq bu görüş baş tutmaya və ya başqa tarixdə keçirilə bilər. Çünki “Qarabağ”la birgə Çempionlar Liqasının “səpələnmişlər” səbətində yer alan Praqa təmsilçisi həmin gün İsveçrənin “Bazel” klubu ilə yoxlama oyunu keçirməyi planlaşdırıb.

 

Qeyd edək ki, “Qarabağ” iyunun 22-dən başlayacaq Avstriya toplanışı zamanı 5 yoxlama oyunu keçirməyi planlaşdırıb. Bunlardan iyunun 23-ü “Şaxtyor” (Ukrayna), 28-i “Krasnodar”, iyulun 1-i “Vakker” (Almaniya) və 4-ü “Viktoriya” (Çexiya) ilə görüşlərin baş tutacağı dəqiqləşib.