[b]“Qarabağ” haqda çox məlumatımız yoxdu” – “Fiorentina”nın futbolçusu[/b]
28.09.2016 - 17:39
[b]“Qarabağ” haqda çox məlumatımız yoxdu” – “Fiorentina”nın futbolçusu[/b]

“Gündən-günə fiziki cəhətdən özümü daha yaxşı hiss edirəm. Tezliklə 100 faiz hazır vəziyyətdə olacam”. Apasport.az saytının məlumatına görə, bunu “Fiorentina”nın yarımmüdafiəçisi Matias Vesino deyib.

 

Avropa Liqasının qrup mərhələsi çərçivəsində sabah “Qarabağ”la keçiriləcək oyun öncəsi mətbuat konfransında iştirak edən Vesino məqsədlərinin qalibiyyət olduğunu bildirib: “Qarabağ” haqda çox məlumatımız yoxdu. İstənilən halda matça uğurlu başlamalı və meydanı qalib tərk etməliyik. Qarşılaşmaya yaxşı konsentrasiya olmalıyıq. Florensiyada Avropa Liqasında uğur əldə etmək çox önəmlidi”.

 

Bu ildən Uruqvay millisinə də dəvət alan 25 yaşlı futbolçu cari mövsümün startında zədə ucbatından komandaya istənilən qədər xeyir verə bilmir. Ancaq orta sahə oyunçusu tezliklə vəziyyətin düzələcəyinə ümid edir: “Oyunumu yaxşılaşdırmaq üçün daim öz üzərimdə çalışıram. Bu da mənə əlavə stimul verir. Doğrudu, ötən mövsümdəki qədər məhsuldar deyiləm. Baş məşqçi problemimin nədən ibarət olduğunu soruşub. Hər şey komandadan asılıdı. Mən bu klub üçün çox şey edə bilərəm. Bunun üçün də səbr etməliyəm”.

 

Qeyd edək ki, “Fiorentina” – “Qarabağ” matçı “Artemio Franki” stadionunda keçiriləcək.

0