“Qarabağ” avrokuboklardakı son 7 səfər matçını qolsuz tərk etməyib. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasının II təsnifat mərhələsinin “Valletta” ilə oyununu rəqib meydanında keçirəcək təmsilçimiz adaya seriya ilə yollanıb.
Qurban Qurbanovun yetirmələri sonuncu dəfə Dortmund səfərində qol həsrəti yaşayıblar. Rəqib meydanındakı son 7 görüşdə isə komanda 12 dəfə fərqlənib.
2010/11
IV təsnifat mərhələsi
19 avqust 2010. “Borussiya” (Dortmund, Almaniya) – “Qarabağ” - 4:0
2011/12
I təsnifat mərhələsi
30 iyun 2011. “Banqa” (Litva) – “Qarabağ” - 0:4
Vüqar Nadirov-2, Rəşad Sadiqov, Bəxtiyar Soltanov
II təsnifat mərhələsi
14 iyul 2011. “Streymur” (Farer adaları) – “Qarabağ” - 1:1
Rauf Əliyev
III təsnifat mərhələsi
28 iyul 2011. “Brügge” (Belçika) – “Qarabağ” - 4:1
Rauf Əliyev
2013/14
I təsnifat mərhələsi
2 iyul 2013. “Metallurq” (Skopye, Makedoniya) – “Qarabağ” - 0:1
Reynaldo Silva
II təsnifat mərhələsi
25 iyul 2013. “Pyast” (Polşa) – “Qarabağ” - 2:2
Leroy Corc, Ulrix Kapolonqo
III təsnifat mərhələsi
8 avqust 2013. “Gefle” (İsveç) – “Qarabağ” - 0:2
Çumbinyo, Reynaldo Silva
IV təsnifat mərhələsi
29 avqust 2013. “Ayntraxt” (Frankfurt, Almaniya) – “Qarabağ” - 2:1
Reynaldo Silva