[b]“Qarabağ” Monteneqroya gedir [/b]
20.07.2015 - 14:25
[b]“Qarabağ” Monteneqroya gedir [/b]

Çempionlar Liqasının II təsnifat mərhələsində “Rudar”la cavab oyununa çıxacaq “Qarabağ” bu gün Monteneqroya yollanacaq. Apasport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “köhlən atlar” Bakı – Podqoritsa reysi ilə hərəkət edəcəklər. `

 

Bakı vaxtı ilə saat 23:00-da Monteneqroda olacaq “Qarabağ” sabah oyunöncəsi son məşqinə çıxacaq. Ağdam klubunun məşq prosesi yerli vaxtla 20:30-da (Bakı vaxtı ilə 23:30) start götürəcək. Bundan 15 dəqiqə öncə isə baş məşqçi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandıracaq.

 

Qeyd edək ki, “Rudar” – “Qarabağ” matçı iyulun 22-də, saat 23:45-də keçiriləcək.