“Qarabağ” üçün daha 2 rəqib
17.06.2014 - 10:45
İyulun 22-dən Avstriyada təlim-məşq toplanışına start verəcək “Qarabağ”ın yoxlama matçı keçirəcəyi daha 2 rəqibinin adı dəqiqləşib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Ağdam təmsilçisi iyulun 1-də Almaniya Regional Liqasında mübarizə aparan “Burqhausen”lə qarşılaşacaq.
Qurban Qurbanovun yetirmələrinin növbəti rəqibi Çexiyanın “Viktoriya” (Plzen) komandası olacaq. Azərbaycan çempionu onlarla iyulun 4-də gücünü yoxlayacaq.
Qeyd edək ki, “Qarabağ”ın iyunun 23-də “Şaxtyor”la (Ukrayna), 5 gün sonra “Kuban”la (Rusiya) oynayacağı məlum idi.
0
0