Çempionlar Liqasının 2015/16 mövsümünün ilk püşkatmasına qatılacaq 38 komandadan 37-si məlumdu. Apasport.az saytının məlumatına görə, ı təsnifat mərhələsinin 8-ci – sonuncu iştirakçısı San-Marino təmsilçisi “Folqor” olub.
Mübarizəyə Azərbaycan çempionu “Qarabağ”la eyni – II təsnifat mərhələsində başlayacaq 30 komandadan yalnız Polşa təmsilçisi müəyyənləşməyib. Bu siyahıya “Rudar”, “Sarayevo” klubları da qoşulub. Onların hər ikisi Ağdam klubuna potensial rəqiblər sırasına qoşulub.
Çempionlar Liqası
I təsnifat mərhələsi
Səpələnmişlər
TNS (Uels), “Levadiya” (Estoniya), “Santa Koloma” (Andorra), “Pünik” (Ermənistan)
Səpələnməmişlər
“Linkoln” (Cəbəllürariq), B-36 (Farer adaları), “Kruzaders” (Şimali İrlandiya), “Folqor” (San-Marino)
II təsnifat mərhələsi
Səpələnmişlər
“Sryaua” (Rumıniya), BATE (Belarus), “Molde” (Norveç), HİK (Finladniya), “Malmö” (İsveç), “Dinamo” (Xorvatiya), “Seltik” (Şotlandiya), “Ludoqorets” (Bolqarıstan), “Maribor” (Sloveniya), “Makkabi” (Təl-Əviv, İsrail), “Partizan” (Serbiya), “QARABAĞ” (AZƏRBAYCAN), “Videoton” (Macarıstan), APOEL (Kipr), “Midtulland” (Danimarka), “Skenderbeu” (Albaniya)
Səpələnməmişlər
“Ventspils” (Latviya), “Jalgiris” (Litva), “Astana” (Qazaxıstan), “Styarnan” (İslandiya), “Dandalk” (İrlandiya), “Hibernians” (Malta), “Dila” (Gürcüstan), “Vardar” (Makedoniya), “Fola” (Lüksemburq), “Milsami” (Moldova), “Trençin” (Slovakiya), “Sarayevo” (Bosniya və Herseqovina), “Rudar” (Monteneqro), I təsnifat mərhələsinin 3 qalibi
Qeyri-müəyyənlər
Polşa çempionu, I təsnifat mərhələsinin 1 qalibi
Qeyd edək ki, ilk iki təsnifat mərhələsinin püşkü iyunun 22-də atılacaq. Təmsilçimiz ilk oyununu iyulun 14-15-də, cavab matçını 21-22-də keçirəcək.