Azərbaycan çempionu “Qarabağ”ın növbəti avrokubok oyununu keçirəcəyi tarix klub üçün uğurlu gündü. Apasport.az saytının məlumatına görə, komandalarımız indiyədək qitə miqyaslı klub turnirlərində 6 dəfə iyulun 22-də meydana çıxıb.
Sabah Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda Monteneqro “Rudar” klubunun qınağı olacaq Ağdam təmsilçisinin özü də iki dəfə bu tarixdə meydana çıxıb. 2014-cü ildə Malta “Valletta”sını 4:0 hesabı ilə məğlub edən ağdamlılar 2010-cu ildə “Portadaun”la (Şimali İrlandiya) heç-heçə edib – 1:1. Hər iki oyunu evdə keçirən ağdamlılar bu dəfə səfərdə oynasa da, həmin matçlardakı nəticələr komandamızı qane edir.
“Qarabağ”dan başqa avrokuboklarda oyununu iyulun 22-də keçirən komandalarımız fərqli aqibətlə üzləşib. 1998-ci ildə “Kəpəz” Polşada LKS-ə 1:4, “Dinamo” Rumıniyada “Arceş”ə 1:5 hesabı ilə uduzub. 2008-ci ildə “İnter” Makedoniyada “Rabotniçki” ilə 1:1 hesablı heç-heçə edərək, mərhələ adlayılb. 2010-cu ildə Monteneqroda “Buduçnost”a qalib gələn (2:1) “Bakı” isə mübarizəni dayandırıb.
- “Qalatasaray”a Osimhen müjdəsi – Qayıdacağı tarix bəlli oldu
- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq
- Şeşko yenidən zədələndi – MİLLİNİN DÜŞƏRGƏSİNİ TƏRK ETDİ