“Qarabağ”a hətta 5 qol vurmaq imkanımız vardı”
07.08.2014 - 10:04
“Qarabağ”a hətta 5 qol vurmaq imkanımız vardı”

“Bizi 1:0 hesablı qələbə də qane edirdi. Amma biz 2:0 hesabı ilə qalib gələ bildik”. Apasport.az saytının məlumatına görə, bunu “Zalsburq”un futbolçusu Kevin Kempl deyib.

 

23 yaşlı oyunçu Çempionlar Liqasının III təsnifat mərhələsinin “Qarabağ”la cavab matçına münasibət bildirib. Kemplın sözlərinə görə, Bakıda 1:2 hesablı məğlubiyyətin qisasını artıqlaması ilə çıxıblar: “Düşünürəm ki, hətta 5 qol vurmaq imkanımız vardı. Amma biz bu fürsətlərdən yararlana bilmədik. “Qarabağ” cəmi 2 dəfə qapımız önündə təhlükə yarda bildi. Səfərdə 1:2 hesabı ilə uduzduqdan sonra bizdə də bir az gərginlik vardı. Lakin sonda istəyimizə çata bildik. Fikrimcə, növbəti mərhələyə çıxmağa biz layiq idik”.

 

Qeyd edək ki, “Zalsburq”a 0:2 hesabı ilə uduzan “Qarabağ” mübarizəni Avropa Liqasında davam etdirəcək.