Çempionlar Liqasının III təsnifat mərhələsinin “Zalsburq”la səfərdəki cavab oyununda Azərbaycan çempionu “Qarabağ”ı dəstəkləyənlərin sayı arta bilər. Apasport.az saytının məlumatına görə, AFFA prezidenti Rövnəq Abdullayevin oyun günü Avstriyanın Zalsburq şəhərinə yollanıb eyniadlı arenadakı matçı izləyənlər sırasına qoşulacağı gözlənilir.
Ötən həftə Bakıda keçirilən ilk oyunda olduğu kimi yenə qurum rəhbərini klub prezidenti Abdulbari Gözəl müşayiət edəcək. Böyük ehtimalla Zalsburqa birlikdə yollanacaq prezidentlər “Qarabağ”ı “Zalsburq”la çətin qarşılaşmada dəstəkləyəcək.
Qeyd edək ki, Ağdam təmsilçisi Bakıdakı matçda 2:1 hesabı ilə qalib gəlmişdi.
“Qarabağ”a prezident dəstəyi
05.08.2014 - 23:22
0
0