Avropa Liqasının qrup mərhələsinin “Sent-Etyen”lə I turunun oyunu Azərbaycan çempionu “Qarabağ”ın bir neçə futbolçusu üçün yubileylə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, Maksim Medvedev 30-cu, Riçard Almeyda və Leroy Corc 10-cu Avroliqa matçına çıxıb.
Onların hamısı bütün oyunlarını təsnifat mərhələsində keçirib. Bu üzdən həm yubilyarlar. Həm də meydana çıxan digər oyunçular üçün Fransa təmsilçisi ilə görüş yarışın əsas mərhələsində debüt olub.
Qeyd edək ki, Admir Teli “Qarabağ”ın heyətində 35-ci oyununu keçirə bilərdi. Lakin baş məşqçi Qurban Qurbanov ona 90 dəqiqə ərzində şans verməyib.