“Qarabağ”ı doğma meydanda çox sayda azarkeş dəstəkləyir”
16.09.2014 - 12:10
“Qarabağ”ı doğma meydanda çox sayda azarkeş dəstəkləyir”

“Qrupdakı bütün komandalar güclü rəqiblərdir. Biz uğur qazanmaq üçün çox çalışmalıyıq”. Apasport.az xəbər verir ki, bu sözləri “Sent-Etyen” klubunun yarımmüdafiəçisi Mustafa Bayal deyib.

 

Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan Fransa klubunun futbolçusu Azərbaycan təmsilçisini video vasitəsilə izlədiyini bildirib: “İlk oyunumuzu Bakıda “Qarabağ”a qarşı keçirəcəyik. İnanın  ki, mən bu klub haqqında heç nə bilmirəm. Sadəcə bəzi videolar izləmişəm. Onların “Tvente” ilə oyunlarının videosuna baxmışıq. Azərbaycan klubunu doğma meydanda çox sayda azarkeş dəstəkləyir. Bunu həmin videolara baxarkən gördüm. İnanıram ki, maraqlı qarşılaşma olacaq”.

 

Qeyd edək ki, “Qarabağ” – “Sent-Etyen” görüşü sentyabrın 18-də saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.