Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda İsveçrə “Yanq Boyz”unu 1:0 hesabı ilə məğlub edən “Qarabağ” qrupa düşmək vəzifəsini böyük ölçüdə həll edib. Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi indiyədək səfərdə keçirdiyi ilk oyunda eyni hesabla qalib gəlirsə, mərhələni adlayır.
Bunadək 4 dəfə belə vəziyyətə düşən təmsilçimiz Bakıdakı cavab oyunlarında da qalib gəlib. Bir sözlə, “Qarabağ” 5-ci dəfə belə üstünlüyü əldən verməməyə çalışacaq.
Ümumiyyətlə isə Azərbaycan klubları indiyədək 5 dəfə cavab oyununa belə üstünlüklə çıxıb. Buna 4 dəfə nail olan “Qarabağ”la yanaşı, “İnter”in də belə qələbəsi var. Lakin bakılılar üstünlüyü evdə əldən verərək, oyunsonrası penaltilərlə uduzub.
Azərbaycan klublarının səfərdəki ilk oyunda 1:0 hesabı ilə qalib gəldiyi qarşılaşmalar
|
2009/10 |
Honka (Finlandiya) - Qarabağ |
0:1 |
1:2 |
|
|
2010/11 |
Visla (Polşa) - Qarabağ |
0:1 |
2:3 |
|
|
2013/14 |
Metallurq (Skopye, Makedoniya) - Qarabağ |
0:1 |
0:1 |
|
|
2014/15 |
Valletta (Malta) - Qarabağ |
0:1 |
0:4 |
|
|
2014/15 |
Elfsborq (İsveç) – İnter |
0:1 |
1:0 |
p.4:3 |