“Qarabağ”ın ev oyununun vaxtı açıqlandı
02.07.2014 - 11:52
“Qarabağ”ın ev oyununun vaxtı açıqlandı

"Qarabağ"ın Çempionlar Liqasının II təsnifat mərhələsində qarşılaşacağı Maltanın "Valetta" klubu ilə cavab görüşünün vaxtı dəqiqləşib. Apasport.az saytının xəbərinə görə, Bakıda baş tutacaq qarşılaşmanın start fiti 21:30-da veriləcək. 

Oyun iyulun 22-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Bu komandalar arasında ilk qarşılaşma isə bir həftə əvvəl, iyulun 15-də baş tutacaq. Valettadakı həmin qarşılaşma da eyni saatda – Bakı vaxtı ilə 21:30-da başlayacaq.