“Qarabağ”ın futbolçusu Almaniyaya getdi
17.08.2015 - 10:23
“Qarabağ”ın yarımmüdafiəçisi Namiq Ələsgərov növbəti dəfə Almaniyaya yollanıb. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, gənc futbolçu fizioterapiya kursuna başlayıb.
Avro-2016-nın seçmə mərhələsi çərçivəsində martın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda Azərbaycan və Malta milli komandaları arasında keçirilmiş oyunda zədələnmiş Ələsgərovun 6 ay yaşıl meydançalardan uzaq qalacağı açıqlanmışdı. O, həmin vaxt Almaniyanın Plattling şəhərində cərrahiyə əməliyyatı olunmuşdu.
Qeyd edək ki, futbolçunun bütün müalicə xərci AFFA tərəfindən ödənilir.
0
0