“Qarabağ”ın futbolçusu Budapeştdə üzüldü
05.06.2014 - 10:18
“Qarabağ”ın futbolçusu Budapeştdə üzüldü

Albaniya yığması növbəti yoldaşlıq oyununu keçirib. Apasport.az saytının məlumatına görə, “Qarabağ”ın sol cinah müdafiəçisi Ansi Aqolli Budapeştlə Macarıstanla yoldaşlıq oyununun iştirakçısı olub.

 

İtaliyalı baş məşqçi Canni de Biasi Aqollini start heyətində meydana buraxıb. Albaniya yığmasının “7” nömrəsi sonadək oynayıb. Ancaq komandası son dəqiqələrdə penalti qoluna üzülüb. İrlandiyalı referi Pol Maklaflinin təyin etdiyi “11 metrliy”i Hayfa “Makkabi”sində icarə əsasında çıxış edən hücumçu Tamaş Prişkin qola çevirib. Görüş bu hesabla da başa çatıb.

 

Qeyd edək ki, Albaniya yığması mayın 31-də İsveçrədə Rumınıya millisinə 0:1 hesabı ilə yenilmişdi. Onda da Aqolli start heyətində meydana çıxsa da, sonradan əvəzlənmişdi. Albanlar iyunun 8-də Serravalle şəhərində San-Marinonun qonağı olacaq.