“Qarabağ”ın rəqibi ən yaxşı seçildi
28.06.2014 - 16:11
Çempionlar Liqasının II təsnifat mərhələsində Azərbaycan çempionu “Qarabağ”ın rəqibi olan Maltanın “Valletta” klubu növbəti mükafatını alıb. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisinin azarkeşləri komandanın futbolçusunun fərdi mükafatına sevinib.
Belə ki, “Valletta”nın üzvü Rayan Fenek mövsümün oyunçusu adına layiq görülüb. 28 yaşlı yarımmüdafiəçi karyerasında ilk dəfə bu titula yiyələnib.
Qeyd edək ki, Fenek Malta millisində də 25 oyun keçirib.
0
0