“Qarabağ”ın rəqibi üçün təqvim
01.07.2014 - 08:34
Çempionlar Liqasının II təsnifat mərhələsində Ağdamın “Qarabağ” klubunun rəqibi olan Malta “Valletta”sının daxili yarışlardakı oyunlarının təqvimi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, ada təmsilçisi ölkə çempionatına “Mosta” ilə görüşlə start verəcək.
Bunadək isə “Valletta”nı Superkubok oyunu gözləyir. Avqustun 8-dəki matçda çempionun rəqibi “Birkirkara” olacaq.
Qeyd edək ki, “Qarabağ”ın “Valletta” ilə ilk oyunu iyulun 15-də, cavab matçı 22-23-də keçiriləcək.
0
0