“Qarabağ”ın Avropa Liqasındakı rəqibi “Tottenhem”də istefa baş verib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, texniki direktor Franko Baldini vəzifəsindən ayrılıb.
Baldini əslində ötən aydan ayrılmaq qərarına gəlmişdi. Lakin transfer məsələlərində kluba kömək etmək üçün gedişini təxirə salmışdı. Rəsmi saytda istefa ilə bağlı belə yazılıb: “Baldini qarşılıqlı razılıqla klubla yollarını ayırdı. Franko 2013-cü ildə "Roma"dan “Tottenhem”ə gəlmişdi. Onun klubumuza çox xeyri dəyib”.
Qeyd edək ki, 2013-cü ildə Qaret Beylin “Tottenhem”dən “Real”a transfer olunmasında məhz Franko Baldini böyük rol oynamışdı. Həmin keçid London klubuna 100 milyon avro qazandırmışdı.
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı