“Qarabağ”ın rəqibindən 4 cavabsız qol
19.10.2015 - 09:09
“Qarabağ”ın rəqibindən 4 cavabsız qol

“Qarabağ”ın Avropa Liqasındakı rəqibi “Anderlext” Belçika çempionatında növbəti matçına çıxıb. Apasport.az saytının məlumatına görə, komanda XI turda “Zulte-Varegem”in qonağı olub.

 

Görüş “Anderlext”in aşkar üstünlüyü şəraitində keçib və bunun nəticəsində Besnik Hasinin yetirmələri böyükhesablı qələbə qazanıb – 4:0. Komandanın heyətində Stefano Okaka iki (14, 53), Stiven Defur (45+2) və Leander Dendonker (86) isə bir dəfə fərqləniblər. İlk hissənin son dəqiqələrində “Zulte-Varegem”in hücumçusu Leye Mbaye qırmızı vərəqə alıb.

 

Bu nəticədən sonra  22 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşan “Anderlext” lider “Ostende”dən 1 xal geri qalır.

 

“Anderlext” oyuna bu heyətlə çıxmışdı: Silvio Proto, Kara Mbodji, Olivye Deşakt, Endi Najar, İvan Obradoviç, Dennis Praet (Frenk Açemponq, 77), Leander Dendonker, Stiven Defur, Gillaume Jille (Endi Kavaya, 85), İmo Ezekyel, Stefano Okaka (Yuri Tilemans, 65).

 

Qeyd edək ki, Avropa Liqasının qrup mərhələsi çərçivəsində II turda “Qarabağ”ın qonağı olan “Anderlext” Bakıdan 0:1 hesablı məğlubiyyətlə ayrılmışdı.

0