“Qarabağ”ın yeni transferi Danilo Diasla bağlı problem ortaya çıxıb. Apasport.az xəbər verir ki, futbolçunun transfer vərəqəsi gecikir. Buna Diasın bunadək şərəfini qoruduğu Portuqaliyanın “Maritimo” klubunun prezidenti Karlos Pereyra ilə problemi səbəb olub.
Komandanın əsas futbolçularından biri olan Danilonu buraxmaq istəməyən klub sahibi onun qalmasını istəyib. Lakin “sambaçı” “Qarabağ”dan yaxşı təklif olduğunu və getmək istədiyini bildirib. “Maritimo”nun prezidenti də futbolçuya transfer vərəqəsini yalnız müqaviləsinin başa çatacağı gün - iyunun 30-da ala biləcəyini deyib.
Qeyd edək ki, Dias “Qarabağ”a hələ qış “transfer pəncərəsi” zamanı keçə bilərdi. Amma klub prezidenti Azərbaycan klubundan 150 min avro transfer pulu istəmişdi. Ağdam klubu bunu ödəməyindən futbolçu Portuqaliyada davam etmək məcburiyyətində qalıb.
“Qarabağ”ın yeni transferi problemlə üzləşdi
02.06.2014 - 10:48
0
0