“Qarabağ”ın Zalsburqdakı oyununun tarixi bilindi
23.07.2014 - 14:51
“Qarabağ”ın Zalsburqdakı oyununun tarixi bilindi

Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində baş tutacaq “Qarabağ” – “Zalsburq” cütünün cavab oyununun da keçirilmə gününə aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, “Qarabağ” Avstriyada avqustun 6-da (çərşənbə) “Zalsburq”la üz-üzə gələcək.

 

Ancaq hələ bu görüşün başlanma saatı müəyyənləşməyib. Qarşılaşmanın başlanma saatına bu həftə aydınlıq gələcək.

 

Qeyd edək ki, tərəflərin ilk oyunu iyulun 30-da olacaq. Bakıda mərkəzi arenada keçiriləcək görüş saat 20:30-da başlayacaq.