“Qarabağ”la oyun öncəsi yoldaşlıq görüşü
02.08.2014 - 10:49
“Qarabağ”la oyun öncəsi yoldaşlıq görüşü

Türkiyə toplanışını başa vurub vətənə qayıdan “Sumqayıt” hazırlıqlara start verib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, komandamız gündə bir dəfə olmaqla məşqlərə başlayıb.

 

Avqustun 10-da 2014/2015 mövsümünün ilk oyununda “Qarabağ”la qarşılaşacaq Aqil Məmmədovun komandası bu gün “Ağsu” ilə yoxlama oyunu keçirəcək. Qarşılaşma saat 19:00-da Sumqayıtda keçiriləcək.