“Qəbələ” 17-cidir
08.05.2014 - 09:24
“Qəbələ” 17-cidir

Avrokuboklara 3-cü vəsiqənin sahibi olan “Qəbələ” tarixində ilk dəfə avrokuboklarda çıxış edəcək. Apasport.az saytının məlumatına görə, əsası 2005-ci ildə qoyulan klub 9 yaşında qitə səhnəsinə çıxmaq hüququ əldə edib.

Əyalət təmsilçisi avrokuboklarda çıxış edəcək 17-ci Azərbaycan klubu olacaq. Belə ki, indiyədək 16 komandamız ölkəmizi avrokuboklarda təmsil etmək imkanı qazanıb. Bunlar paytaxt təmsilçiləri “Neftçi”, “Bakı” (əvvəlki “Dinamo”), “İnter” (əvvəlki “Xəzər Universiteti”), “Bakı fəhləsi”, AZAL (əvvəlki “Olimpik”), “Xəzri”, “Şəfa”, həmçinin “Qarabağ”, “Kəpəz”, “Karvan”, “MKT-Araz”, “Şəmkir”, “Simurq”, “Xəzər Lənkəran”, “Turan” və “Viləş” komandaları olub.

Qeyd edək ki, avrokuboklara 4-cü vəsiqənin sahibi “Neftçi” və ya “Bakı”dan biri olacaq. Avroliqaya getmək üçün “Neftçi”nin son 2 turda ya minimum 2 xal toplaması, ya da ölkə kubokunu qazanması lazımdır.