“Qəbələ” 200, “Neftçi” 2000
05.05.2014 - 14:46
“Qəbələ” 200, “Neftçi” 2000

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda Topaz Premyer Liqasının XXXIII turunda baş verənlər müzakirə olunub.

 

“Neftçi” – “Qəbələ” matçının 90+3-cü dəqiqəsində qonaqların qırmızı vərəqə alan futbolçusu Lorenzo Ebesilio 1 oyunluq cəzalanıb. Əyalət təmsilçisi bu səbəbdən 200 manat cərimə ödəməli olacaq.

 

90-cı dəqiqədə “Neftçi” azarkeşləri tərəfindən meydana kənar əşyalar atıldığı üçün klub 2000 manat ziyana düşüb.