“Qəbələ” – AZAL oyununun vaxtı dəqiqləşdi
07.10.2014 - 08:54
“Qəbələ” – AZAL oyununun vaxtı dəqiqləşdi

Topaz Premyer Liqasının VIII turu çərçivəsində oktyabrın 17-də Bakıda “Qarabağ”la qarşılaşacaq “Qəbələ” matçın hazırlıqlarını davam etdirir. Apasport.az saytının məlumatına görə, ötən turun sentyabrın 28-də Qəbələdə "Xəzər Lənkəran”la keçirilən oyunundan (1:1) sonra 4 günlük istirahətə buraxılan “qırmızı-qaralar” gündə iki dəfə məşq keçməklə növbəti oyuna hazırlaşır.

 

Məşq prosesində milli komandaların düşərgəsində olan futbolçular, həmçinin zədəli Ruslan Abışov iştirak etmir. Digər zədəli oyunçular Vladimir Levin, Dodo və Markinyoş fərdi proqram üzrə hazırlıq keçir.

 

Oktyabrın 9-da “Qəbələ”nin yoxlama oyunu da planlaşdırılıb. Həmin gün “qırmızı-qaralar” AZAL-la üz-üzə gələcək. Qəbələdə baş tutacaq görüş saat 16:00-da başlayacaq.

 

0