“Qəbələ”&“İnter”: Yeni transferlərin nömrələri bəlli oldu
25.06.2014 - 10:03
“Qəbələ”&“İnter”: Yeni transferlərin nömrələri bəlli oldu

Ölkəmizi Avroliqada təmsil edəcək “Qəbələ” və “İnter”in yeni transferlərinin nömrəsi bəlli olub. Apasport.az saytının məlumatına görə, təxminən 1 il “Qəbələ”nin əsas heyətindən uzaq qalan, lakin rumıniyalı baş məşqçi Dorinel Muntyanunun gəlişi ilə komandaya qaytarılan Kristian Pulhakın da yeni nömrəsi bilinib.

 

Rumıniyalı müdafiəçi ötən mövsüm Rail Məlikovun geydiyi “2” nömrəni ələ keçirib. Rusiyanın “Rubin” klubundan 6 aylığa icarəyə götürülən Ruslan Abışov millidə olduğu kimi “15”i geyinəcək. Əvvəllər bu forma hələ mövsüm başa çatmamış komandadan ayrılan Umar Kalabana məxsus idi. Ruslan Əmircanov adaşı Ruslan Tağızadədən “7”ni götürüb. Andrey Kristyaya 2 ildən çoxdur ki, Yannik Kamananın geydiyi “11” və Adrian Ropotana qapıçı Dieqo Koştanın “25”i verilib.

 

“İnter”də Aleksandr Amisulaşvilinin Slavço Georgiyevskinin geydiyi “5” nömrəli futbolkanı daşıyacağını öncədən yazmışdıq. Bu üzdən makedoniyalı “Simurq”a gedən Samir Zərgərova məxsus olmuş “6”nı seçib. Mirzağa Hüseynpur Aleksandr İaşvilinin “9”nu, “47” geyinən Abdulla Abatsiyev Ruslan Əmircanovun “7”ni özünə götürüb. Məhəmməd Mirzəbəyovla Elvin Məmmədov isə klubda ötən mövsüm boşda olan nömrələri özlərinə seçib. Dağıstanlı Mirzəbəyov “17”ni seçibsə, Elvin oyun qurucusu kimi “İnter”in “10” nömrəsi olacaq.