“Qəbələ” “Latsio”ya uduzdu
21.04.2014 - 17:04
“Qəbələ” “Latsio”ya uduzdu

“Qəbələ”nin 15 yaşadək futbolçulardan ibarət komandası İtaliyanın Turin şəhərində keçirilən Stefano Qusella xatirə turnirində çıxışını davam etdirir. Apasport.az saytının məlumatına görə, təmsilçimiz yarışın XVII yeri uğrunda “Latsio” ilə qarşılaşıb.

 

Görüş Roma təmsilçisinin 2:0 hesablı qələbəsi ilə nəticələnib. Belədə “Qəbələ” XIX yer uğrunda mübarizə aparmalı olacaq. Təmsilçimiz Bakı vaxtı ilə saat 20:00-da Novara “Sparta”sı ilə qarşılaşacaq.

 

Qeyd edək ki, “Qəbələ” bundan öncə qrupda “Valle d'Aosta” (1:1), “Arentsano” (8:0), “Torino” (1:3), sonrakı mərhələdə isə “Qrasshopper” (1:0) və “Milan”la (0:5) qarşılaşıb.