Topaz Premyer Liqasının VII turu çərçivəsində sentyabrın 28-də Qəbələdə "Xəzər Lənkəran”la qarşılaşacaq "Qəbələ” matçın hazırlıqlarını davam etdirir. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, “qırmızı-qaralar" məşqlərini doğma məkanda keçirir.
Ötən turun "Neftçi” ilə (0:0) oyunundan sonra qısa istirahət edən "qırmızı-qaralar" sentyabrın 24-dən məşq prosesini bərpa edib. Məşqlərdə iki futbolçu - zədəsi olan Volodimir Levin və Dodo iştirak etmirlər.
Qeyd edək ki, “Xəzər Lənkəran”la Qəbələdə keçiriləcək oyun saat 19:00-da başlayacaq. Matç "İdman Azərbaycan" telekanalı vasitəsilə canlı yayımlanacaq.