“Qəbələ” BATE-yə uduzdu
19.06.2014 - 17:42
“Qəbələ” BATE-yə uduzdu

Belarusun paytaxtı Minskdə təlim-məşq toplanışında olan “Qəbələ”nin 11 yaşadək futbol komandası orda növbəti yoxlama oyununu keçirib. Apasport.az saytının “Qəbələ” Akademiyasının direktor müavini Nail Kərimovdan aldığı informasiyaya görə, təmsilçimiz BATE ilə qarşılaşıb.

Görüş Borisov təmsilçisinin “qırmızı-qaralar” üzərində 3:2 hesablı qələbə qazanması ilə nəticələnib. “Qəbələ”dən qolları Xəyal Səmədov vurub.

Qeyd edək ki, “Qəbələ” bundan öncə “Minsk”in 2004-cü il təvəllüdlü futbolçuları ilə qarşılaşmış və 3:0 hesabı ilə qalib gəlmişdi. Qəbələlilər iyunun 21-də “Fortuna” ilə gücünü sınayacaq.