“Qəbələ” BATE ilə oynayacaq
16.06.2014 - 09:15
“Qəbələ”nin 11 yaşa qədər futbolçulardan ibarət komandası təlim-məşq məqsədi ilə Belarusa yollanıb. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, paytaxt Minskdə məskunlaşacaq komanda hazırlıq çərçivəsində 3 sınaq oyunu keçirəcək.
İlk matç iyunun 17-i paytaxt təmsilçisi “Minsk-2004”-ə qarşı baş tutacaq. “Qırmızı-qaralar” ikinci görüşdə iyunun 19-u BATE Borisovla münasibətlərinə aydınlıq gətirəcək. “Qəbələ” son görüşdə iyunun 21-i “Fortuna” kollektivi ilə üz-üzə gələcək.
Təmsilçimiz iyunun 22-i vətənə dönəcək.
0
0