Topaz Premyer Liqasının XXVIII turu çərçivəsində səfərdə "Qarabağ"la qarşılaşacaq "Qəbələ" doğma məkanda hazırlıqları tamamlayaraq paytaxta yola düşüb. Apasport.az klubun saytına istinadən xəbər verir ki, komandanın Qəbələdə son məşqi bu gün səhər saatlarında baş tutub.
"Qırmızı-qaralar" qarşılaşma öncəsi son məşqinə sabah saat 12:00-da "Qarabağ"ın ev oyunlarını keçirdiyi Tofiq Bəhramov adına mərkəzi stadionda çıxacaq. Komanda Bakıya 3 itki ilə - zədəlilər İbrahima Niasse, Nikola Valentiç və Omar Kalabanesiz yollanıb. Digər zədəli Lorenzo Ebesilionun durumuna oyun günündə aydınlıq gələcək. Zədəsi sağalan qapıçı Dieqo Kosta Silva isə artıq kollektivə qoşulub.
Qeyd edək ki, “Qarabağ” – “Qəbələ” matçı martın 30-da keçiriləcək. Görüş saat 18:00-da başlayacaq.