“Qəbələ” bu gündən hazırlıqlara başlayır. Apasport.az saytının klubdan əldə etdiyi məlumata görə, komanda saat 18:00-da Qəbələdə yeni mövsümün məşqlərinə rəsmən start verəcək.
Ancaq bu məşqlərdə yalnız yerli futbolçular çıxış edəcək. Belə ki, komanda məşqçi Sənan Qurbanovun rəhbərliyi altında bir araya gələcək. Hazırlıqlar iyunun 12-dək davam edəcək. “Qəbələ” bundan sonra Sloveniyaya üz tutacaq ki, artıq bu hazırlıqlarda bütün legionerlər də iştirak edəcək.
Qeyd edək ki, Avroliqada ölkəmizi təmsil edəcək “İnter” və “Neftçi”dən fərqli olaraq, “Qəbələ” baş məşqçi təyinatına görə, hazırlıqlara gec başlamalı olub.