“Qəbələ” Hollandiyaya getdi
14.07.2014 - 11:16
“Qəbələ” Hollandiyaya getdi

2014/15 mövsümünün hazırlıqlarının ilk bölümünü Sloveniyada keçirən “Qəbələ” bu gün təlim-məşq toplanışının ikinci hissəsinin təşkili məqsədi ilə Hollandiyaya yollanıb. Apasport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Arnem bölgəsində məskunlaşacaq “qırmızı-qaralar” hazırlıq çərçivəsində 4 yoxlama oyunu keçirəcək.

 

Dorinel Muntyanunun komandası orda təxminən 15 günlük hazırlıq keçəcək. Komanda iyulun 27-də vətənə dönəcək.

 

Qeyd edək ki, klublarımızdan yalnız “Neftçi” buna qədər Hollandiyada hazırlıq keçib. “Ağ-qaralar” 2008-ci ildə Slovakiyanın “Nitra” klubu ilə İntertoto Kuboku matçına hazırlıq üçün bu ölkədə 2 həftəlik toplanış keçirmişdi.