“Qəbələ” ilə oynamaq asan olmayacaq”
24.06.2014 - 08:36
“Qəbələ” ilə oynamaq asan olmayacaq”

“Qəbələ” və Azərbaycan haqqında yalnız ümumi məlumatım var”. Bunu apasport.az saytına açıqlamasında Avropa Liqasının I təsnifat mərhələsində “Qəbələ”yə rəqib olan “Şiroki Bryeq”in yarımmüdafiəçisi Vlado Zadro deyib.

 

O, AZAL-da oynamış Nedo Turkoviçi tanıdığını və Azərbaycan klublarının heç də asan rəqib olmadıqlarını bildirib: “Ölkənizdə oynayan həmyerlilərimizdən Nedo Turkoviçi tanıyıram. O, son mövsümdə Azərbaycanda oynayıb. “Qəbələ” haqqında Turkoviçdən nəsə soruşmağım da mümkündür. Düşünürəm ki, sizin ölkədən olan klubla oynamaq o qədər də asan olmayacaq. İndi rəqibimiz haqqında məlumatlar yığmalıyıq. Çalışacağıq ki, bu mərhələni keçək. Bizim də yaxşı komandamız var. Artıq neçə ildir ki, Avroliqada çıxış edirik”.

 

Qeyd edək ki, iyulun 3-də rəqibini qəbul edəcək “Qəbələ” bir həftə sonra səfərdə oynayacaq.