“Qəbələ” ilə oyun öncəsi iki xal itirdi
27.09.2015 - 20:28
“Qəbələ” ilə oyun öncəsi iki xal itirdi

UEFA Avropa Liqasında “Qəbələ” ilə eyni qrupda mübarizə aparan “Krasnodar” bu gün növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, “öküzlər” Rusiya Premyer Liqasının 10-cu turu çərçivəsində “Terek”lə qarşılaşıb.

 

Matçda qalib müəyyənləşməyib. Hərəyə bir qol vuran rəqiblər meydandan da 1 xalla ayrılıblar.

 

Qeyd edək ki, bu nəticədən sonra “Krasnodar” 13 xalla turnir cədvəlinin 9-cu pilləsində yer alıb.