“Qəbələ” qalib gəldi
18.06.2014 - 08:42
“Qəbələ” qalib gəldi

Belarusun paytaxtı Minskdə təlim-məşq toplanışında olan “Qəbələ”nin 11 yaşa qədər futbolçulardan ibarət komandası hazırlıq çərçivəsində ilk oyununu keçirib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, “Minsk-2004” kollektivi ilə qarşılaşan “qırmızı-qaralar” rəqibi 3:0 hesabilə məğlub edib.

 

Təmsilçimizə qələbə qazandıran qollara Mehrac Baxşəliyev (2) və Xəyal Səmədov imza atıb. “Qəbələ” növbəti sınaq oyununu iyunun 19-u baş tutacaq. “Qırmızı-qaralar”ın ikinci rəqibi BATE olacaq.