“Qəbələ”nin Sloveniya toplanışı zamanı yoxlama görüşlərindəki rəqiblərindən ikisinin adına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, 5 yoxlama oyunu keçirəcək “qırmızı-qaralar”ın rəqiblərindən minimum ikisi yerli klub olacaq.
Belə ki, “Qəbələ” iyunun 15-də Sloveniyanın “Stoyntsi” ilə gücünü sınayacaq. Bu komanda Sloveniyanın III dəstə klubudur. “Qəbələ” toplanışda sonuncu görüşünü də yerli komandaya qarşı keçirəcək. Bölgə təmsilçisi iyunun 26-da Sloveniya çempionu “Maribor”la gücünü sınayacaq.
Qeyd edək ki, “Maribor” Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ”la birgə səpələnmişlər səbətində yer alıb.