UEFA Avropa Liqasında Azərbaycanı təmsil edən “Qəbələ” və “Qarabağ”ın oyunlarına hakim təyinatları açıqlanıb. Apasport.az-ın “footballrefereeing.blogspot.com” saytına istinadən məlumatına görə, “Qəbələ”nin “Panatinaikos”la ev, “Qarabağ”ın isə “Yanq Boyz”la səfər görüşlərinin hakimləri bəlli olub.
Avqustun 20-də “Bakcell Arena”da Yunanıstan klubunu qəbul edəcək “Qəbələ”nin matçına UEFA ingiltərəli Andre Marrineri göndərmək qərarına gəlib.
Həmin gün “Qarabağ”ın “Yanq Boyz”la İsveçrədəki qarşılaşmasında isə israilli Alon Yefet fit çalacaq.
“Qəbələ” – “Panatinaikos”
Baş hakim: Andre Marriner
Yan xətt hakimləri: Simon Bennett, Li Betts
Dördüncü hakim: Robert Madli (hamısı İngiltərə)
Hakim-inspektor: Zbiqniev Przesmiçki (Polşa)
UEFA nümayəndəsi: Oleq Xarlamov (Estoniya)
“Yanq Boyz” - “Qarabağ”
Baş hakim: Alon Yefet
Yan xətt hakimləri: Danni Krasikov, Mahmud Mahaqna
Dördüncü hakim: Ziv Adler (hamısı İsrail)
Hakim-inspektor: Lassin İsaksen (Farer adaları)
UEFA nümayəndəsi: Mixal Mertinyak (Slovakiya)