“Qəbələ”də braziliyalı yarımmüdafiəçi
17.07.2014 - 08:00
“Qəbələ”də braziliyalı yarımmüdafiəçi

“Qəbələ” heyətini daha bir futbolçu ilə gücləndirib. Apasport.az saytının məlumatına görə, Ruslan Əmircanov, Andrey Kristea, Adrian Ropotan, Ruslan Abışov, Cavid Hüseynov və Pavol Farkaşı rənglərinə bağlayan "qırmızı-qaralar" braziliyalı Markinyos Kariokanı da sıralarına qatıb. Yarımmüdafiəçi ilə iki illik müqavilə imzalanıb. 

 

1992-ci il mayın 28-də anadan olan Markinyos peşəkar futbolçu karyerasına 2011-ci ildə Braziliyanın "Parana" klubunda  start verib. Gənc futbolçu 2013/2014 mövsümünü Rumıniyanın "Otselul" kollektivində keçirib. O, sözügedən komandada 33 oyunda meydançaya çıxıb və 9 dəfə fərqlənməyi bacarıb.