“Qəbələ”dən “Çernomorets”ə keçdi
03.07.2014 - 12:05
“Qəbələ”nin sabiq futbolçusu Lorival Assis özünə yeni klub tapıb. Apasport.az saytının məlumatına görə, son 2 mövsümü Azərbaycanda keçirən braziliyalı yarımmüdafiəçi karyerasını Bolqarıstanda davam etdirəcək.
2011/12 mövsümündə Burqas “Çernomorets”ində çıxış edən Assis əvvəlki klubuna qayıdıb. 30 yaşlı futbolçu “Qəbələ”də keçirdiyi 2 mövsümdə 36 oyunda 6 qol vurub.
Qeyd edək ki, cənubi amerikalının karyerasında ən çox oyun keçirdiyi komanda “Qəbələ” olub.
0
0