“Qəbələ”nin 4 müdafiəçisi “Xəzər Lənkəran”a qarşı oynamayacaq
01.04.2014 - 17:03
“Qəbələ”nin 4 müdafiəçisi “Xəzər Lənkəran”a qarşı oynamayacaq

“Qarabağ”la oyundan (3:0) sonra 1 günlük istirahətə buraxılan “Qəbələ” bu gündən etibarən növbəti - XXIX tur çərçivəsində keçiriləcək “Xəzər Lənkəran” ilə qarşılaşmanın hazırlıqlarına start verib. Apasport.az xəbər verir ki, Yuri Syomin yetirmələrinə “Bakı” klubunun təlim-məşq bazasında hazırlıq keçir.

 

Hazırlıqda iştirak edən futbolçular məşq boyunca müxtəlif toplu və topsuz çalışmalar yerinə yetirib. Məşq prosesinə zədəsi olan qvineyalı Umar Kalaban, seneqallı İbrahima Niasse və serbiyalı Nikola Valentiç qatılmayıb. Bu isə o deməkdir ki, cəzalı Elnur Allahverdiyevi də daxil etsək, “Qəbələ”nin 4 müdafiəçisi “Xəzər Lənkəran”a qarşı oynaya bilməyəcək.

 

Qeyd edək ki, “Xəzər Lənkəran” – “Qəbələ” qarşılaşması aprelin 5-də Lənkəran şəhər stadionunda baş tutacaq.