“Qəbələ”nin baş məşqçisi nə vaxt gələcək?
04.06.2014 - 17:03
“Qəbələ”nin 2 illik müqaviləyə razılaşdığı bolqarıstanlı mütəxəssis İvaylo Petev yaxın 2-3 gün ərzində ölkəmizə gəlməyəcək. Bu barədə apasport.az saytına “Qəbələ”nin baş meneceri Zaur Əzizov deyib. Onun sözlərinə görə, Petev hazırda Bolqarıstandadır.
Yeri gəlmişkən, ölkəmizi Avroliqada təmsil edəcək “Qəbələ”nin təlim-məşq toplanışı planlarına hələ tam aydınlıq gəlməyib. Klubun baş meneceri bu məsələyə 2 gündən sonra aydınlıq gələcəyini bildirdi.
0
0