“Qəbələ”nin daha bir futbolçusu Rusiya çempionatında
11.08.2014 - 08:13
2013/14 mövsümünü Azərbaycanda keçirən Leonardi da Silva karyerasını Rusiyada davam etdirəcək. Apasport.az saytının məlumatına görə, “Qəbələ”nin sabiq yarımmüdafiəçisi Leonardo da Silva Mahaçqalanın “Anhi” klubuna keçib.
Braziliyalı legioner yeni komandası ilə 2 illik müqavilə imzalayıb. Ötən mövsüm Topaz Premyer Liqasında 31 oyuna 7 qol vuran Leonardo sabiq komanda yoldaşlarının ardınca Rusiyaya üz tutub.
Belə ki, ondan əvvəl İbrahima Niasse və Lorenso Ebesilio qonşu ölkənin “Mordoviya” komandasına keçmişdi.
0
0