“Qəbələ”nin üçüncü cəhdi
15.04.2014 - 08:10
“Qəbələ”nin üçüncü cəhdi

Sabah ölkə kubokunda yarımfinal mərhələsinə start veriləcək. Apasport.az saytının məlumatına görə, finala vəsiqə uğrunda “Xəzər Lənkəran”la üz-üzə gələcək “Qəbələ” ilk oyununu doğma meydanda keçirəcək.

Budəfəki yarımfinal “qırmızı-qaralar”ın tarixində 3-cü belə haldır. Əvvəlki 2 turnirdə finalın 1 addımlığında dayanan “Qəbələ” 6 il əvvəl məhz “Xəzər Lənkəran”la görüşmüşdü. Onda hər 2 komanda matçların ikisində də qol sevinci yaşamışdı. Amma ümumi nəticədə 4:2 hesablı qələbə cənubluları finala daşımışdı.

Növbəti mövsümdə “Qəbələ” final yolunda “İnter”lə qarşılaşıb. Bu dəfə hər 2 komanda öz meydanında quru hesablı qələbə qazanıb. Ümumi hesabda 5:2 hesablı qələbə bakılıları finala çıxarıb.

Əvvəlki 2 cəhddə yarımfinala adlaya bilməyən “Qəbələ” 3-cü cəhddə ilk dəfə finala adlamağa çalışacaq.

2007/08 mövsümü
09.04.2008. Qəbələ - Xəzər Lənkəran - 1:3

İbrahim Hüseynov, 75 - Zaur Ramazanov, 12, 56; İrakli Vaşakidze, 15-öz qapısına

23.04.2008. Xəzər Lənkəran - Qəbələ - 1:1
Rahid Əmirquliyev, 79 - Abdulkader Kamara, 35

2008/09 mövsümü
29.04.2009. İnter (Bakı) - Qəbələ - 5:0

Valter Quqlemon, 5, 12-p.; Petar Zlatinov, 8; Danildo Assioli, 60; İvan Testimitsianu, 76

06.05.2009. Qəbələ - İnter (Bakı) - 2:0
Kənan Kərimov, 40; Azər Bağırov, 87