“Qəbələ”nin futbolçuları Sloveniyaya niyə getməyiblər?
13.06.2014 - 14:22
“Qəbələ” dünəndən Sloveniyada hazırlıqlara start versə də, əsas komandanın 3 futbolçusu ölkə xaricinə yollanmayıb. Apasport.az saytının məlumatına görə, Kamran Ağayev, Elnur Allahverdiyev və Rail Məlikov səfərə getməyib.
Belə ki, Ağayev milli komanda ilə birgə ABŞ-a getdiyindən, onun az istirahət etmək vaxtı olub. Bu üzdən ona düşərgəyə 2 gün gec gəlməyə icazə verilib. Bacısı ailə həyatı qurduğu üçün Elnur Allahverdiyev də icazəlidir.
Rail Məlikovun isə böyük qızı bu gün əməliyyat olunub.
Qeyd edək ki, hər 3 futbolçu sabah səhər saatlarında Sloveniyaya yola düşəcək.
0
0