Hollandiyanın Arnem bölgəsində növbəti mövsümün hazırlıqlarını davam etdirən "Qəbələ"nin toplanış çərçivəsində sınaq oyunlarında qarşılaşacağı bütün rəqibləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, "qırmızı-qaralar" “zambaqlar ölkəsi”ndə 4 matçda qüvvəsini sınayacaq.
Dorinel Muntyanunun yetirmələrinin rəqiblərindən üçü yerli klublardır. “Qəbələ” iyulun 17-də "Arnem", 20-də "Alkmaar", 26-da - "Herenven"lə görüşəcək. Ayın 23-dəki 3-cü qarşılaşmada isə əyalət təmsilçisi "Konyaspor"la (Türkiyə) üz-üzə gələcək.
Xatırladaq ki, "Qəbələ" iyulun 27-də Hollandiya toplanışını yekunlaşdıraraq vətənə dönəcək.